USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Komitə sədri: Dövlət daima dini icmalara dəstək göstərib

Dövlət daima dini icmalara dəstək göstərib və bundan sonra da göstəriləcək.

ASAN Radionun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, əgər dövlət dinə, dini icmalara yardım göstərməsə, dini icmaların fəaliyyətində müəyyən problemlər, çətinliklər yarana bilər.

Komitə sədri vurğulayıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə cəmi 17 məscid var idi: "Bu gün Azərbaycanda 2240-dan çox məscid var. Son illərdə tikilən məscidlərin sayı kifayət qədərdir, 100-lərlə məscid tikilib. Cənubi Qafqazın ən böyük məscidi Heydər məscidi inşa edilib, Naxçıvanda böyük bir məscidin tikintisi davam edir. Eyni zamanda, yerlərdə yeni məscidlər tikilir, təmir olunur. O cümlədən kilsələr, sinoqoqlar tikilir, dövlət onlara da yardım göstərir. Əgər biz "Din dövlətdən ayrıdır" - yanaşmasına istinad edib, məscidlərə, dini icmalara, din xadimlərinə sosial xarakterli yardımlar göstərməsək, müəyyən maddi çətinliklər ortaya çıxa bilər”.

M.Qurbanlı vurğulayıb ki, Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına bu cür layihələr həyata keçirilir: “Biz bu istiqamətdə işləri davam etdirməliyik. Azərbaycanda dinimizin dövlət tərəfindən himayəsini davam etdirməliyik”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!