USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Cənubi Koreyanın nüfuzlu qəzetləri ADA Universitetindən yazır

Cənubi Koreyanın nüfuzlu “The Korea Times” və “The Korea Post” qəzetlərində ADA Universitetinin fəaliyyəti haqqında məqalələr dərc olunub.

ASAN Radio xəbər verir ki, “Azərbaycanın ən beynəlxalq universitetin 2018-ci il mövsümü üçün qəbula başlayır” və “Azərbaycan daha çox koreyalı tələbə cəlb etməyə çalışır” başlıqlı məqalələrdə universitetin yaranma tarixi, fəaliyyət istiqamətləri, fakültələri, 46 ölkədən, o cümlədən Cənubi Koreyadan olan heyəti barədə məlumat verilib. Bildirilib ki, diplomatlar və dövlət qulluqçuları üçün təlimlərin təşkili məqsədi ilə 2006-cı ildə Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası kimi fəaliyyətə başlayan təhsil ocağı hazırda ölkədə ən çox əcnəbi tələbə və müəllimin olduğu universitetdir.

Qeyd edilib ki, Bakının mərkəzində yaşıllıq ərazidə, yüksək ixtisaslı kadrların hazırlanması üçün ən müasir şəraitin yaradıldığı ADA Universitetində hazırda ictimai və beynəlxalq münasibətlər, biznes, humanitar elmlər, informasiya texnologiyaları və mühəndislik istiqamətləri üzrə bakalavr və magistr hazırlığı həyata keçirilir.

Məqalələrdə 2009-cu ildən bəri ADA Universitetinin əcnəbi tələbələr üçün “Əlimərdan bəy Topçubaşov” adına təqaüd proqramı təsis etdiyi, ali təhsil ocağının Cənubi Koreyanın Hankuk Xarici Dillər Universiteti, Koreya Elm və Texnologiya Universiteti də daxil olmaqla bir neçə xarici təhsil müəssisəsi ilə əməkdaşlıq etdiyi bildirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!