USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanla Rusiya arasında dəniz turları təşkili olunacaq

Rusiya ilə Azərbaycan arasında dəniz turlarının təşkilinə dair memorandum imzalanıb.

Bu barədə ASAN Radioya “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən məlumat verilib.

“Moskva Çay Gəmiçiliyi” ASC-nin baş direktoru Konstantin Anisimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olub. Görüş zamanı tərəflər Xəzər dənizində PV300VD layihəli “Pyotr Velikiy” adlı sərnişin gəmisini istismar etməklə dəniz turlarının təşkili haqqında memorandum imzalayıblar.

Rusiyalı qonaqlar bildiriblər ki, Bakı güclü turizm imkanına malikdir. Bu baxımdan dəniz səyahətlərinin təşkili Azərbaycana gələn turistlərin sayının daha da artmasına və ölkədə turizmin inkişafına müsbət təsir göstərəcək.

“AXDG” QSC-nin sədri Rauf Vəliyev qeyd edib ki, Xəzər dənizində sahilyanı ölkələrin iştirakı ilə gəmi turlarının-kruizlərin təşkili böyük perspektiv vəd edir.

Bu layihənin gerçəkləşməsi dəniz nəqliyyatı sahəsində Rusiya və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsini təşviq edəcək, ölkələrin turizm potensialından istifadə üçün geniş imkanlar yaradacaq.

Müzakirələr zamanı bildirilib ki, bu layihə ilə təkcə Xəzəryanı ölkələrdən deyil, ABŞ, Avstraliya, Avropa və Çindən olan turistləri də cəlb etmək mümkün olacaq.

Danışıqların yekununda “Moskva Çay Gəmiçiliyi” ASC-nin baş direktoru K.Anisimov və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri R.Vəliyev əməkdaşlığa dair birgə memorandum imzalayıblar.

Memoranduma əsasən, 2019-cu ilin sonuna kimi hazırda tikilməkdə olan “Pyotr Velikiy” gəmisi ilə Bakıya turistlərin səfəri təşkil ediləcək.

Həmin gəmi 310 sərnişin tutumuna və yüksək rahatlığa malik olacaq. Kruiz layneri vasitəsilə sərnişinlər Qara dənizə, Rusiyanın liman şəhərlərinə, Xəzəryanı ölkələrə səyahət edə biləcəklər. Burada fitnes zalı, çimərlik hovuzu, restoranlar, kinoteatr zalları və digər istirahət otaqları olacaq.

Gəminin texniki göstəriciləri ona Xəzərdə mövcud limanlara yan almağa imkan verəcək. Uzunluğu 141, eni 16.82 metr olan gəmidə turistlərə 90 nəfərlik heyət xidmət göstərəcək.

Görüşdə növbəti dövrlərdə yeni gəmilərin inşası barədə niyyət dilə gətirilib.

Tərəflər əməkdaşlığın səmərəliliyi üçün mütəmadi təcrübə mübadiləsi aparacaqlar.

Səfərlər üçün ilkin mərhələdə Həştərxan-Bakı marşrutu araşdırılacaq. 2020-ci ilədək isə turların əhatə dairəsi genişləndiriləcək. Bu məqsədlə tərəflər Qara dəniz limanları, Rusiyanın daxili suları, Həştərxan və Xəzər dənizindəki digər limanların, Moskva-Bakı, Həştərxan Maxaçqala-Bakı, Bakı-Ənzəli-Nouşehr-Türkmənbaşı-Aktau-Həştərxan, Rusiya-Həştərxan-Bakı arasında dairəvi reyslərin təşkili ilə bağlı araşdırma aparacaqlar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!