USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Cavid Qurbanov: "Dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyalar tətbiq olunur"

“Azərbaycan Dəmir Yolları” QSC-də 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəyliyi gününə və Yeni 2018-ci təqvim ilinə həsr olunmuş yığıncaq keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın ASAN Radioya verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan qurumun sədri Cavid Qurbanov iştirakçıları, onların şəxsində bütün xalqımızı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2018-ci təqvim ili münasibətilə ürəkdən təbrik edib, dəmir yolunda çalışan insanlara  möhkəm cansağlığı, uzun ömür, xoş güzəran diləyib.

C.Qurbanov bildirib ki, təqvimdə bir çox əlamətdar günlər var. Ölkəmizin yaxın və uzaq keçmişinin müəyyən məqamlarını özündə əks etdirən bu tarixi günləri yaşatmaq olduqca gərəklidir. Çünki həmin günlərdə Azərbaycan tarixinin hansısa mühüm anı yaşayır.  Onlardan biri də ulu öndərin təşəbbüsü ilə təsis edilən 31 dekabr-Dünya Azərbaycanlılarının həmrəyliyi günüdür. Bu bayramın elan olunması bizim yaxın tariximizdə baş verib.

Ümummilli lider Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən ilk dəfə, 16 dekabr 1991-ci il tarixli sərəncamı ilə 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik və Milli Birlik bayramı elan edib, sonra isə bu tarix bütün Azərbaycan xalqının, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızın milli bayramına çevrilib.

İl ərzində dəmir yolunda görülən işlər haqqında geniş məlumat verən C.Qurbanov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən islahatlar, 2017-ci il fevralın 10-da Bakı dəmir yolu vağzalında və “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında aparılmış yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olması, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirakı, görülən işləri yüksək dəyərləndirməsi dəmiryolçularda böyük ruh yüksəkliyi yaradıb.

Sədr dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların işə tətbiq olunması, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin  yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və digər sahələrdə görülən işlər haqqında ətraflı danışıb. 

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin dəmir yolu işçilərinin peşə bayramı və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə imzaladığı sərəncamlara əsasən, ali dövlət mükafatlarına layiq görülən bir qrup dəmiryolçuya mükafatlar təqdim edilib.

“İllərin qovuşuğunda” tədbiri yekunlaşdıran C.Qurbanov qarşıda duran perspektiv vəzifələrdən danışdı və 2018-ci ildə hər kəsə uğurlar arzulayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!