USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN xidmət” in əməkdaşının beynəlxalq nüfuzlu jurnalda elmi məqaləsi dərc olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) əməkdaşı Elvin Balacanovun müəllifi olduğu elmi məqalə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu Hüquq, Kompüterlər və Texnologiya üzrə Beynəlxalq İcmal jurnalında (International Review of Law, Computers & Technology) dərc olunub.  

Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ASAN Radioya bildirilib.

Məlumata görə, “Kibercinayətlərə görə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən minimum yaş həddinin müəyyən olunması” adlı məqalədə «Kibercinayət haqqında» Konvensiyaya üzv ölkələrin kibercinayətlərin kriminalizasiyası və cinayət məsuliyyətinə cəlb etməyə imkan verən minimum yaş həddinin müəyyən olunması sahəsindəki mövcud fərqli yanaşmaları müqayisəli təhlil olunub. 

Qeyd olunub ki, əsasən fiziki məkanda ictimai münasibətlərin tənzimlənməsinin həyata keçirilməsi istiqamətində inkişaf etdirilmiş mövcud hüquqi norma və prinsiplərin kiberməkana transformasiyası və tətbiqi bir sıra uyğunsuzluqların və yanaşma fərqlərinin ortaya çıxması ilə müşaiyət olunur. Buna görə də, məqalədə kibercinayətlərlə mübarizədə effektiv və səmərəli beynəlxalq əməkdaşlığın təmin olunması üçün bu cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən minimum yaş həddinin müəyyən olunmasında vahid yanaşmanın yaradılması istiqamətində üzv dövlətlər tərəfindən nəzərə alınmalı olan kriteriyalar formalaşdırılır. Kriteriyaların formalaşdırılması zamanı milli və beynəlxalq hüquqa dair tələblər və standartlarla yanaşı, kibercinayətkarlıqla bağlı trendlər, habelə kriminoloji, psixoloji və nevrobioloji amillər nəzərə alınıb. Məqalədə həmçinin, kiberməkanın, elektronlaşmanın, kompüter texnologiyaları və texnoloji innovasiyaların kibercinayətlərin törədilməsində yaratdığı imkanlar nəzərə çatdırılır.

Qeyd edək ki, Elvin Balacanov Dövlət Agentliyinin Elektron Xidmətlərin İnkişafı və Sosial İnnovasiyalar Şöbəsində baş məsləhətçi vəzifəsində çalışır. 2006-2010-cu illərdə Bakı Dövlət Universitetində Hüquq üzrə bakalavr, 2011-2012-ci illərdə Birləşmiş Krallığının Lids Universitetində Beynəlxalq və Avropa İnsan Hüquqları ixtisası üzrə magistr təhsili alıb. 2014-2017-ci illərdə Lids Universitetində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində hüquq üzrə doktorantura pilləsində kibercinayətkarlıqla mübarizə mövzusunda elmi araşdırma aparıb. 

Məqaləyə keçid:

http://www.tandfonline.com/doi/abs/10.1080/13600869.2018.1417764?journalCode=cirl20

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!