24/10/2018 00:20

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9474 0.0260 0.2991


İdmandasan

“Neftçi” klubu “ASAN Məktub” layihəsinə qoşulub


29.12.2017   13:05


“ASAN Məktub” layihəsinə dəstək verən “Neftçi” futbol klubunun təşkilatçılığı ilə “Bakcell Arena”da tədbir keçirilib.

ASAN Radio xəbər verir ki, Yeni il ərəfəsində təşkil olunan tədbirdə sosialyönlü fəaliyyətə xüsusi əhəmiyyət verən “Neftçi” klubu “ASAN Məktub” layihəsi çərçivəsində 12 uşağın arzusunu gerçəkləşdirib.

Əvvəlcə “Neftçi”nin muzeyi və ev oyunlarını keçirdiyi stadion ilə tanış olan uşaqlar komandanın üzvləri ilə yaşıl meydana çıxıblar.

Sonra tədbirin rəsmi hissəsi keçirilib. “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov, “ASAN Məktub” layihəsinin rəhbəri Rəbiyyə Cəfərova, komandanın baş məşqçisi Tərlan Əhmədov çıxış edərək belə görüşlərin uşaqlar arasında sağlam həyat tərzinin və futbolun təbliği baxımından əhəmiyyətini yüksək qiymətləndiriblər.

Sonra Elnur Eyvazov, Rəbiyyə Cəfərova, Tərlan Əhmədov, eləcə də “Məktəbli dostu” layihəsinin kuratoru Leyla Qurbanlı, baş məşqçinin köməkçisi Novruz Əzimov, futbolçular – Rəhman Hacıyev, Rəşad Əzizli, Elnur Cəfərov, Ömər Buludov, Elnur Süleymanov, U-10 komandamızın baş məşqçisi İslam Kərimov, "Futbol+” qəzetinin baş redaktoru və AFFA yanında Media Komitəsinin sədri Mahir Rüstəmli uşaqlara xatirə hədiyyələri təqdim ediblər.

Tədbirin sonunda uşaqlar üçün əyləncəli proqram təşkil olunub.




Xəbər lenti

23 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook