Rusiya prezidenti Vladimir Putin Yeni il münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
ASAN Radionun kremlin.ru-ya istinadən verdiyi məlumata görə, V. Putin məktubunda ötən il Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini xatırladıb: "Bu yubiley müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafında yeni uğurlarla yadda qaldı".
Rusiya prezidenti konstruktiv dialoqun davam etdiriləcəyinə, Cənubi Qafqazda və onun hüdudlarından kənarda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində ölkələrin, xalqların köklü maraqlarına cavab verən Rusiya-Azərbaycan tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üzrə birgə işlərin davam etdiriləcəyinə ümidini ifadə edib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!