24/10/2018 00:23

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9474 0.0260 0.2991


Dövlət xidmətləri

Gəncə “ASAN xidmət” Mərkəzi yeni layihəsini təqdim edib: “Həmrəylik üçün oxu”


31.12.2017   13:00


“Həmrəylik üçün oxu” adlı layihə çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə videoçarx təqdim olunub. Videoçarx Gəncə “ASAN xidmət” Mərkəzinin dəstəyi ilə hazırlanıb.

ASAN Radio AZƏRTAC-a istinadən xəbər verir ki, mərkəzin könüllüləri tərəfindən hazırlanan videoçarxda 23 ölkədə yaşayan 35 soydaşımız eşitmə və nitq məhdudiyyəti olan insanlar üçün Azərbaycan Respublikasının Dövlət Himnini jest və mimikalarla ifadə ediblər.

Layihənin rəhbəri Elnur Şabanzadə bildirib ki, videoçarxın hazırlanmasında əsas məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin fiziki məhdudiyyətli insanların yanında olduğunu nümayiş etdirmək və onlara mənəvi dəstək olmaqdır.

Məlumat verilib ki, iki ay ərzində hazırlanan videoçarxda iştirakçılara surdopedaqoq Nilufər Məmmədzadə və Aynur Zamanova tərəfindən təlim keçilib.




Xəbər lenti

23 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook