USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bayram günləri Şahdağa turist axını olub

Artıq 6-cı mövsümdür ki, “Şahdağ” Turizm Mərkəzində Yeni il tətilini tam fərqli ab-havada qarşılamaq istəyənlər üçün xüsusi bayram şənlikləri təşkil olunur.

Bayram günləri qış turizm mövsümünün ən gözlənilən anlarıdır. Bayram tətilini əsl qış mühitində, qarlı dağların əhatəsində və təmiz dağ havasında keçirmək istəyənlər üçün isə Şahdağ ideal məkan olduğundan buraya üz tutan turistlərin sayı ilbəil durmadan artır.

Turizm Mərkəzindən AZƏRTAC-a bildirilib ki, hər il olduğu kimi bu il də Yeni il tədbirləri qonaqlara əsl bayram əhval-ruhiyyəsi yaşadaraq, onlarda maraqlı və unudulmaz təəssüratlar yaradıb. Bayram ərəfəsində 5 istirahət günü ərzində mərkəzi 16 mindən çox turist ziyarət edib. Onların 40 faizdən çoxu məhz xizək sürmək üçün mərkəzə üz tutan xizək həvəskarları olub.

Bayram günlərində turistlərin istirahətini və bayram tətillərini ən yüksək səviyyədə təşkil etmək üçün turizm mərkəzi gücləndirilmiş iş rejimində çalışıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!