Türkiyə millisinin və “Beşiktaş”ın futbolçusu Cenk Tosun karyerasını İngiltərədə davam etdirəcək.
ASAN Radionun Apasport.az saytına istinadən verdiyi məlumatına görə, İstanbul təmsilçisi “Everton”la 27 yaşlı hücumçunun keçidi ilə bağlı anlaşıb.
Tosunun transferi 27 milyon avroya rəsmiləşəcək.
Bununla da “ay-ulduzlular”ın futbolçusu ən bahalı türk oyunçu adına yiyələnəcək. O, 12 milyon avroya “Atletiko”ya keçən Arda Turanı arxada qoyacaq.