USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
PASHA Bank B2B - yeni biznes-texnologiyasına start verdi

PASHA Bank “Asan İmza” mobil elektron imza xidmətinin operatoru olan B.EST Solutions şirkəti ilə birlikdə B2B- yeni biznes texnologiyaya start verib.

Öz fəaliyyəti dövründə PASHA Bank Azərbaycanın qabaqcıl banklarından birinə çevrilib, eləcə də müştərilərinə Türkiyə və Gürcüstanda xidmət göstərərək ölkənin hüdudlarında da öz iştirakını genişləndirmiş olub. PASHA Bank hər zaman innovativliyə istiqamətlənən banklardan biri olaraq informasiya texnologiyalarının əhaliyə daha əlyetərli olması üçün onların inkişafına daim şərait yaradıb. Beləliklə, onlardan daha qabaqcıl olanının tətbiqi korporativ sosial məsuliyyət səviyyəsinin yüksəldilməsinə və korporativ biznesin inkişafına müsbət təsir göstərib. B.EST Solutions şirkəti ilə PASHA Bank-ın əməkdaşlığı Azərbaycanda bank və informasiya sahələrinin inkişafının ümumi istiqamətlərinin anlaşılması nəticəsində möhkəm əlaqələrin bir nümunəsi hesab edilə bilər.  

B2B texnologiyası – sahibkarlar arasında köhnə kağız ödəniş tapşırıqları mübadiləsi sisteminə əvəz kimi gələn bank kommersiya əməliyyatlarının yeni səviyyəsidir. Bu texnologiya sayəsində PASHA Bank-ın müştərisi “Asan İmza” mobil elektron imza vasitəsilə ödəniş tapşırıqlarını, standart və təcili ödəmələri, eləcə də vergi və digər büdcə köçürmələrini elektron şəkildə imzalaya və təsdiqləyə bilər. İmzalanan elektron sənədlər avtomatik rejimdə B2B kanalı vasitəsilə banka ötürülür.  

İndi bu xidmətdən istifadə edən PASHA Bank-ın istənilən müştərisi B2B kanalı vasitəsilə müəssisənin resurslarının planlaşdırılması sistemini, ERP sistemini bank sistemilə asanlıqla və rahat şəkildə inteqrasiya edə biləcək, eləcə də digər (kağız daşıyıcıları, internet-bankinq, mobil proqramlar və s. kimi) alətlərdən istifadə edərək ödəmələri hesablaya biləcəkdir. 

Qeyd etmək lazımdır ki, “Asan İmza” mobil elektron imza sertifikatları PASHA Bank və onun müştəriləri arasındakı maliyyə tranzaksiyalarının nəinki təhlükəsizliyini, eləcə də əməliyyatların mobilliyi, sürəti, həmçinin vəsaitlər və insan resurslarına qənaəti təmin etmiş olur.

“Asan İmza” haqqında:

Həllin mobilliliyi və istifadədə rahatlılığı sayəsində “Asan İmza” vətəndaşlar və biznes mühitində artan populyarlıq əldə etmiş və mobil hökumətin açar komponenti hesab edilməkdədir. Hal-hazırda 500-dən çox dövlət və özəl elektron xidmətləri öz sistemlərində “Asan İmza”dan istifadə edirlər. “Asan İmza” müxtəlif dövlət və özəl strukturların çağrı mərkəzlərinə də inteqrasiya olunmuşdur. Onun köməyilə elektron vergi bəyannamələrinin verilişi, mal və transsərhəd xidmətlərinin gömrük xidmətində bəyan edilməsi, əmək müqavilələri haqqında bildirişlərin qeydiyyatı, abituriyentlərin on-line qeydiyyatı və s. həyata keçirilir. 

http://www.asanimza.az 

Azexport.az və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı portalı haqqında:

“Asan İmza” Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim olunan Azexport.az portalına inteqrasiya olunmuş, həmçinin ölkədə elan edilən “Made in Azerbaijan” konsepsiyasını izləməkdədir. Bu gün portal Azərbaycanda istehsal olunan malların ixracını dəstəkləyir və Alibaba.com, Wholesale və All.biz kimi dünya elektron ticarət şirkətləri ilə çalışır. Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı əsasında daxili ticarət əməliyyatlarının genişləndirilməsi və Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub of Azerbaijan) kimi Azexport.az portalının işinin gücləndirilməsi üzrə əlavə tədbirlər görülməkdədir. Bu sərəncama əsasən “Asan İmza” dünya üzrə Azərbaycanın bütün diplomatik nümayəndəliklərində xarici vətəndaşlara təqdim olunacaqdır. Məhz buna görə “Asan İmza” İslam ölkələri üçün yeni inqilabi transsərhəd layihəsini təmsil edir.  

http://www.azexport.az 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!