18/07/2018 10:41

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9794 0.0271 0.3539


İdmandasan

Səudiyyə Ərəbistanında qadınlar tarixdə ilk dəfə futbol matçına stadionda baxıblar


13.01.2018   12:28


Səudiyyə Ərəbistanında futbol üzrə milli çempionatda “Əl-əhli Ciddə” və “Əl-batin” komandaları arasında matç zamanı qadınlar stadionda olublar.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, bu, ölkə tarixində ilk belə hadisədir. Qadınların yanvarın 13-dən 18-dək daha bir oyuna stadionda tamaşa etmələrinə icazə veriləcək.

Qadınların futbol matçlarına stadionda tamaşa etmələrinə icazə verilməsi barədə qərar Səudiyyə Ərəbistanı hakimiyyət orqanlarının qadın hüquqlarının genişləndirilməsi proqramına daxildir.

2015-ci ilin əvvəlindən hakimiyyətdə olan Kral Salman ibn Əbdüləziz Al Səud qadınların hüquqlarını genişləndirib. Məsələn, artıq 2018-ci ildə qadınlar avtomobili sərbəst idarə etmək, stadionlara, restoranlara və kinoteatrlara getmək, dövlət məktəblərində oxuyan qızlar isə idmanla məşğul olmaq imkanı əldə edəcəklər.

Ölkənin üç şəhərində - Ər-Riyad, Əd-Dammam və Ciddədə stadionlar yenidən qurulub: həmin stadionlarda qadın azarkeşlər üçün xüsusi sektorlar yaradılıb. Qadınlar üçün ayrıca bilet proqramı işlənib hazırlanıb. Onlar tribunaya elektron qapılardan buraxılacaqlar.




Xəbər lenti

18 Iyul
17 Iyul













ASAN Radio telefonunuzda
Facebook