USD - 1.7 EUR - 1.9369 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
Böyüklər qızılca-məxmərəyə qarşı peyvənd ediləcək Sutka ərzində atəşkəs rejimi 20 dəfə pozulub Nextsale və Whelp startaplarına investisiyalar verilib Dövlət Agentliyinin nümayəndə heyəti Özbəkistan Respublikasına səfər edib İstirahət günlərində gözlənilən hava proqnozu
Yanvarın 19-da Bakı məktəblərində ilk dərslər 20 Yanvar mövzusuna həsr olunacaq

Paytaxt məktəblərində 20 Yanvar – Ümumxalq Hüzn Günü ərəfəsində vətənpərvərlik mövzusunda çoxlu tədbirlər təşkil edilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) ASAN Radioya bildiriblər ki, bu qurumun tabeliyindəki ümumtəhsil müəssisələrində vətənpərvərliyə dair konfrans, “dəyirmi masa”, seminar, müsabiqə və əl işlərindən ibarət sərgilər keçirilir. Həmçinin şagirdlərin milli qəhrəmanlarla, şəhid ailələri və keçmiş döyüşçülərlə görüşləri, gənclərin həqiqi hərbi xidmətə yolasalınma mərasimlərində iştirakı, tarixi və hərbi eksponatların saxlandığı muzeylərə ekskursiyaları təşkil olunur, məktəblilər Şəhidlər xiyabanını ziyarət edirlər.

Məktəblərdə vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltməkdir.

Tədbirlər çərçivəsində məktəblilərə Azərbaycanın tarixi, eləcə də, ermənilər tərəfindən torpaqlarımızın işğal edilməsi və xalqımızın başına gətirilən müsibətlər haqqında ətraflı məlumat verilir. Eyni zamanda, dövlətimizin getdikcə gücləndiyi və işğal altındakı ərazilərimizin geri qaytarılacağı diqqətə çatdırılır.

Tədbirlərdə vətənpərvərlik mövzusunda lentə alınmış filmlər nümayiş olunur, məktəblilər tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim edilir. Yanvarın 19-da məktəblərdə ilk dərslər 20 Yanvar mövzusuna həsr olunacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio