USD - 1.7 EUR - 1.9369 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
Böyüklər qızılca-məxmərəyə qarşı peyvənd ediləcək Sutka ərzində atəşkəs rejimi 20 dəfə pozulub Nextsale və Whelp startaplarına investisiyalar verilib Dövlət Agentliyinin nümayəndə heyəti Özbəkistan Respublikasına səfər edib İstirahət günlərində gözlənilən hava proqnozu
XİN: BMT baş katibinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair çağırışını təqdir edirik

“BMT-nin baş katibi Antoni Quterreş tərəfindən BMT Baş Assambleyasının 16 yanvar tarixli qeyri-rəsmi iclasında Avropada mövcud olan münaqişələr sırasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını təqdir edir və dəstəkləyirik”.

Bu barədə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev BMT baş katibinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını ASAN Radioya şərh edərkən deyib. 

H. Hacıyevin sözlərinə görə, BMT baş katibi tərəfindən çox düzgün olaraq qeyd olunur ki, Avropada mövcud olan resurslar, imkanlar və təsisatların fonunda münaqişələrin həll edilməmiş qalmasına bəraət qazandırıla bilməz: "Avropada təhlükəsizliyin bölünməzliyi vahid prinsip kimi qəbul olunsa da, təəssüf ki, reallıq bundan tamamilə uzaqdır".

XİN sözçüsü deyib ki, ötən əsrin 80-ci illərinin sonunda Azərbaycanın Dağlıq Qarabağ regionunda başlayan aqressiv erməni separatizmi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ölkəmizin ərazilərinin 20 faizinin işğalı və bir milyondan artıq azərbaycanlının qanlı etnik təmizlənməsi ilə nəticələnib: “BMT Nizamnaməsi, Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərinə zidd şəkildə ATƏT üzv ölkəsi olaraq Ermənistanın digər ATƏT üzv ölkəsi olan Azərbaycanın ərazilərinin işğalını davam etdirməsi regional sülh və təhlükəsizliyə ciddi təhdid olaraq qalmaqda davam edir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasına tələb etdiyi halda, Ermənistan buna məhəl qoymur. Ermənistanın bu kimi işğalçılıq siyasəti, güc tətbiq edərək ərazi əldə edilməsi cəhdləri XX əsrin 30-40-cı illərində Avropada baş qaldıran mənfur təcrübə ilə müqayisə oluna bilər”.

H. Hacıyev qeyd edib ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatını təşkil edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün həmsədrlər və beynəlxalq ictimaiyyətlə birgə səylərini davam etdirəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio