USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"ASAN Könüllüləri" Təşkilatı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə layihəyə start verir

"ASAN Könüllüləri" Təşkilatı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 2.1.3-cü bəndinə müvafiq olaraq "Gənclər Arasında Milli-Dini Dözümlülük, Sülhsevərlik və Humanizm Dəyərlərinin Təbliğ Edilməsi" Proqramına start verilir.

ASAN Radio xəbər verir ki, paytaxt və regionları əhatə edəcək proqram çərçivəsində "Fotoqrafların gözü ilə dini tolerantlıq" mövzusunda fotosərgi keçiriləcək, həmçinin Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış "Şəhadət" filmi nümayiş olunacaq, maarifləndirmə tədbirləri reallaşacaqdır.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin bütün sahələrdə olduğu kimi bu sahəyə də göstərdiyi qayğı nəticəsində ölkəmizdə din dəyərləri, dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Təsadüfi deyil ki, bu gün istənilən dinlərin nümayəndələri sərbəst şəkildə  öz dini ayinlərini həyata keçirir, bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və dövlət qurumlarında təmsil olunurlar. Təbiidir ki,  mövcud olan bu vəziyyət mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.

Qəbul edilmiş və növbəti 5 ildə gənclər sahəsində  dövlət siyasətini müəyyən edən "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramında Gənclər Arasında Milli-Dini Dözümlülük, Sülhsevərlik və Humanizm Dəyərlərinin Təbliğ Edilməsi bəndinin yer alması Azərbaycanda ölkə siyasətinin tolerantlıq, dialoq mühitinin gücləndirilməsi, gənclərin hüquqlarına riayət olunması, çağdaş dəyərlərin möhkəmləndirilməsi kimi prinsiplərə əsaslandığını bir daha sübut etdi.

Keçiriləcək proqramın əsas məqsədi də Azərbaycanın dövlət siyasəti olan, dini dözümlülüyün, milli-mənəvi dəyərlərin, tolerantlıq nümunələrinin düzgün şəkildə gənclərə təbliğ edilməsi, eləcə də ölkəmizdə mövcud  olan dinlərarası nümunəvi əlaqələrin, tolerantlığın, əsrlərdən bəri formalaşan köklü bir ənənənin, qarşılıqlı hörmət və əməkdaşlığın mövcudluğunun geniş şəkildə onlara çatdırılmasıdır.

İnformasiya dəstəyi -  ASAN Radio, Trend.az, Day.az, Milli.az, Azernews.az

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!