USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Gənclər Arasında Milli-Dini Dözümlülük, Sülhsevərlik və Humanizm Dəyərlərinin Təbliğ Edilməsi” Proqramına start verilib

“ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Gənclər Arasında Milli-Dini Dözümlülük, Sülhsevərlik və Humanizm Dəyərlərinin Təbliğ Edilməsi” Proqramına start verilib.

Tədbiri giriş sözü ilə açan “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 2.1.3-cü bəndinə müvafiq olaraq Bakı və region gəncləri arasında humanizm və sülhsevərlik dəyərlərinin təbliğ olunmasına töfhə verildiyini və bu istiqamətdə müxtəlif addımların atıldığını qeyd edib.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışı zamanı milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin önəmindən, Azərbaycanda dini mədəniyyət və buna sübut olaraq müxtəlif dinlər üzrə ibadət yerlərinin mövcudluğundan bəhs edib. Mübariz Qurbanlı bildirib ki, ölkə başçısının bütün sahələrdə olduğu kimi bu sahəyə də göstərdiyi qayğı nəticəsində ölkəmizdə din dəyərləri, dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Eyni zamanda ASAN könüllüləri simasında bütün gənclərin dini tolerantlığın təbliğində böyük rol oynadığını, Azərbaycan gənclərinin sülhsevər olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev Azərbaycan gənclərinin mübarizliyindən, təşəbbüskarlığından və sülhsevərliyindən danışıb. Ülvi Mehdiyev diqqətə çatdırıb ki, müharibə dövründə Azərbaycanın müstəqilliyinin itirilməsinin qarşısının alınmasında məhz vətənpərvər gənclərin xüsusi rolu var.

Tədbirdə paytaxt və regionları əhatə edəcək proqram çərçivəsində “Fotoqrafların gözü ilə dini tolerantlıq” mövzusunda fotosərgidə şəkilləri nümayiş olunan gənc fotoqraflara sertifikatlar təqdim olunub.

Tədbirin sonunda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Şəhadət” filmi nümayiş olunub.  

Qeyd edək ki, proqramın əsas məqsədi Azərbaycanın dövlət siyasəti olan, dini dözümlüyün, milli-mənəvi dəyərlərin, tolerantlıq nümunələrinin düzgün şəkildə gənclərə təbliğ edilməsi, eləcə də ölkəmizdə mövcud  olan dinlərarası nümunəvi əlaqələrin, tolerantlığın, əsrlərdən bəri formalaşan köklü bir ənənənin, qarşılıqlı hörmət və əməkdaşlığın onlara çatdırılmasıdır.  

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!