USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"British Council" təlim və DJ-lərin iştirakı ilə əyləncə gecəsi təşkil edir

"British Council" ASAN Radio və YARAT Müasir İncəsənət Məkanı ilə birlikdə "Selector PRO" layihəsi çərçivəsində tədbirlərin təşkili mövzusunda üç günlük təlim təşkil edəcək. YARAT mərkəzində 31 yanvar və 2 fevral 2018-ci il tarixlərində  keçiriləcək təlimdə Birləşmiş Krallıqdan və Azərbaycandan olan aparıcı musiqi xadimləri – nəzəriyyəçi və praktiklər bir araya gələcək.

Üç gün davam edən ustad dərsləri silsiləsində tədbirlərin təşkili, o cümlədən, tədbirlərin planlaşdırılması və konsepsiyasının hazırlanması, auditoriyanın seçilməsi, marketinq, reklam və təşviqat, canlı ifaların təşkili, layihələrin idarə edilməsi, sağlamlıq və əmək təhlükəsizliyi, qanunvericilik və texnologiya kimi məsələlərin bütün aspektlərinə peşəkar nöqteyi-nəzərdən yanaşılacaq. İntensiv təlim kursunu britaniyalı event-prodüser və təlimatçı Dan Tsu (Londonun BIMM musiqi məktəbi/Lyrix Organix hərəkatı) aparacaq.

"British Council" bu üç günlük təlimlə yanaşı, 2 fevral tarixində, saat 22:00-da "Enerji" klubunda tanınmış britaniyalı DJ Goldierocks (Samanta Luis Holl) və Sub: System- Lyrix Organix- (Dan Tsu) və azərbaycanlı DJ-lərin iştirakı ilə "Selector" əyləncə gecəsini təşkil edəcək. 

British Council Azərbaycanın direktoru Elizabet Uayt bu barədə fikirlərini bildirir: "Mən Birləşmiş Krallığın musiqi sənayesinin bu iki ulduzunun – tədbirlərin təşkili mövzusunda təlim keçirəcək Denin və əyləncə gecəsində çıxış edəcək "Goldierocks"un Bakıya gəlişini səbirsizliklə gözləyirəm. Keçən il biz yenə YARAT-la birlikdə "Selector" proqramı çərçivəsində 200-dən çox musiqiçi üçün Musiqi Forumu keçirmişdik. Hazırda təşkil etdiyimiz təlim bu uzunmüddətli proqramın tərkib hissəsidir.  Və mən böyük məmnuniyyətlə bildirmək istərdim ki, "Selector" radio proqramını ölkədə bu il də ASAN Radionun köməyi ilə yayımlayacağıq."

Selector PRO həm peşəkarları, həm də geniş ictimaiyyəti müasir cəmiyyətin musiqi tendensiyaları, o cümlədən, Böyük Britaniyanın musiqi sənayesinin spesifik xüsusiyyətləri barədə maksimal dərəcədə məlumatlandırmaq məqsədi daşıyır.  Tədbir "British Council"ın təşəbbüsü ilə hazırlanmış, Birləşmiş Krallığın ən yaxşı musiqi nümunələrini Azərbaycan auditoriyasına təqdim etmək məqsədi daşıyan radio-şounu və silsilə "Selector Live" əyləncə gecələrini özündə ehtiva edən "Selector" musiqi proqramının nəticəsi hesab edilir. 

"British Council"ın təşəbbüsü ilə hazırlanmış "Selector" radio-şousu dünyanın 40-dan çox ölkəsində üç milyondan artıq radio dinləyicisindən ibarət geniş kütləyə London şəhərindən həftəlik olaraq yayımlanır.   Radio-şou həftədə iki dəfə (şənbə günü saat 21:00 və bazar günü saat 16:00) DJ Bazaur- un təqdimatında ASAN Radionun 100 FM dalğasında və onlayn formatda (asanradio.az) efirə çıxır. Radio verilişində musiqiçilərdən müsahibə alınır, Londondan canlı musiqilər və studiya yazıları səsləndirilir.

Həm tədbirlərin təşkili mövzusunda təlimə, həm də "Selector Live" əyləncə gecəsinə giriş pulsuzdur.  

Bütün KİV nümayəndələri 2 fevral, cümə günü saat 12:00-da YARAT mərkəzində keçiriləcək mətbuat konfransına dəvət olunur.

British Council Azərbaycan fürsətdən istifadə edərək, ASAN Radioya, YARAT Müasir İncəsənət Məkanına və "Enerji" klubuna dərin minnətdarlığını bildirir. 

Əlavə məlumat əldə etmək üçün əlaqə saxlaya bilərsiniz:

Dilarə İbrahimova│İncəsənət üzrə menecer 

British Council 

T +994 (0) 12 497 1593 

[email protected] 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!