USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
13 ildə iki problemli hamiləlikdən sonra ana oldu 

ATU-nun Tədris Cərrahiyyə Klinikasında tibb elmləri namizədi, dosent, mama-ginekoloq Natəvan Axundovanın köməyilə 32 yaşlı qadın 13 il ərzində iki dəfə problemli hamiləlikdən sonra ana olub. N.Axundovanın sözlərinə görə, 32 yaşlı xanım fəsadlaşmış mamalıq anamnezi ilə ona müraciət edib: 

“Qadın 13 ildir ailəlidir, övladı yoxdur. 2006 və 2008-ci illərdə 2 problemli hamiləliyi olub. İlk hamiləlik  28 həftəsində, II hamiləlik 29-30 həftəlikdə ölü döllə doğuşla nəticələnib. Hər iki hamiləlikdə dölün hidropsu (dölün bədəninə maye toplanması) və hamiləliyin ağır patologiyalarından biri olan preeklampsiya (arterial təzyiq 180/110 mm.c.süt, sidikdə zülal) baş verib”. 

Qadının üçüncü hamiləliyi N.Axundovanın nəzarəti ilə keçib. Nəhayət, bu xnaım 9 yanvar 2018-ci il tarixində doğuş həyata keçirib. Uşağın çəkisi 2800,50 qram, boyu 50 sm-dir. Ana və uşaq kafi vəziyyətdə evə yazılıblar. Qadının ailə üzvləri hamiləliyi əvvəldən sona qədər izləmiş və müvəffəqiyyətlə başa çatdırmış Natəvan xanıma, qeysəriyyə kəsiyi əməliyyatını icra etmiş Arzu İsmayılovaya, neonatoloq Səadət Yaqubovaya, eləcə də ATU Tədris Cərrahiyyə Klinikasının tibb personalına və həkim heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!