Türkiyə Super Liqasında ikinci dövrəyə start verilib. XVIII turun ilk oyununda “Kasımpaşa” “Alanyaspor”u məğlub edib.
İstanbul nəhəngləri fərqli günlərdə oynayıblar. “Fənərbaxça” şənbə günü “Göztəpə”ni xalsız yola salıb.
Millimizin hücumçusu Dəniz Yılmazın yeni klubu “Gənclərbirliyi” də həmin gün “Karabükspor”a qalib gəlib.
Lider “Başakşəhər” və ötən mövsümün çempionu “Beşiktaş” bazar günü meydana çıxıblar. “Narıncı-göylər” səfərdə “Bursaspor”a 3 cavabsız qol vurubsa, “qara qartallar” “Antalyaspor”la oyunda çətin qələbə qazanıblar.
“Qalatasaray”da rəqib meydanında oynayıb. “Cim-bom” rəngdaşı “Kayserspor”a 3:1 hesabı ilə qalib gəlib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!