USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi BAMF-da olub

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində olub.

BAMF-dan AZƏRTAC-a bildiriblər ki, Fondun prezidenti Umud Mirzəyevlə keçirilən görüşdə BAMF və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi arasında faydalı əməkdaşlığın qurulması üçün perspektivlər imkanlar müzakirə olunub. Görüşdə qeyri-hökumət təşkilatlarının Azərbaycanın cəbhəyanı rayonlarında müxtəlif sosial-iqtisadi, humanitar və infrastruktur layihələrinin həyata keçirilməsi sahəsindəki fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Umud Mirzəyev fondun fəaliyyət istiqamətləri və eləcə də müharibədən əziyyət çəkmiş rayonlarda uğurla həyata keçirilən layihələr barədə məlumat verib. Umud Mirzəyev qonağı Tərtər rayonunda yerləşən BAMF-ın Peşə Təlim Mərkəzinin fəaliyyəti və bu yaxınlarda BAMF-ın təsis etdiyi “Avrasiya” Təhsil Mərkəzinin fəaliyyəti barədə də məlumatlandırıb. Bildirilib ki, BAMF Aİ-nın Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıq sahəsində, media sferasında, həmçinin müxtəlif birgə tədbirlərin təşkil olunmasında yaxşı təcrübəyə malikdir.

Söhbət zamanı qeyd edilib ki, 2018-ci il Aİ-nin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi üçün yeni imkanlar yaradır. Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas təşkilatın fəaliyyətinin əhəmiyyətini qeyd edib. O, həmçinin “Eurasia Dairy”, “Eurasia Press” və “Eurasia Production”nın daxil olduğu “Eurasia Media Network”ün fəaliyyəti ilə tanış olub.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi 2007-ci ildə BAMF tərəfindən yaradılan “Eurasia Credit” bank olmayan kredit təşkilatının işini də yüksək qiymətləndirib. Umud Mirzəyev Kestutis Yankauskası Azərbaycanın cəbhəyanı rayonlarına səfər etmək və ən yaxın zamanda BAMF-ın bu regiondakı fəaliyyəti ilə tanış olmaq üçün Tərtərə dəvət edib.

Sonra Kestutis Yankauskas Beynəlxalq Avrasiya Mətbuat Fondunda uğurla təcrübə keçmiş şəxslər sertifikatların təqdimolunması mərasimində iştirak edib.

Müzakirələrdə, həmçinin Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin siyasi məsələlər üzrə əməkdaşı Austra Raysite-Daunkantiene də iştirak edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!