USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident: "OPEK+ sövdələşməsi üzrə öhdəliklərimizi artıqlaması ilə yerinə yetiririk

Rəsmi Bakı OPEK-ə üzv olan və üzv olmayan  (OPEK+) ölkələrin neft hasilatı həcminin azaldılması üzrə sövdələşməsinin müddətinin 2018-ci ildən sonra da uzadılacağına ümid edir.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

“Yaranmış OPEK- OPEK+ formatının davam etdiriləcəyinə ümid edirik. O davam etdirilməlidir. Sövdələşmənin ilin sonunadək uzadılması yaxşı oldu. Lakin mən düşünürəm ki, yenə də uzadılmalıdır”, - deyə Prezident vurğulayıb.     

Prezident İlham Əliyev rəsmi Bakının neftin qiymətinin stabilləşdirilməsi üzrə OPEK+ sövdələşməsini dəstəklədiyini xatırladaraq, ölkənin neft hasilatı həcminin azaldılması üzrə öhdəliklərini artıqlaması ilə yerinə yetirdiyini vurğulayıb: “Biz həmişə neft hasilatı həcminin azaldılması üzrə sövdələşməni həmişə dəstəkləmişik və dəstəkləyirik, hasilatın azaldılması üzrə öhdəliklərimizi yerinə yetiririk. Hətta artıqlaması ilə yerinə yetiririk”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!