USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Holokost qurbanlarının xatirəsi yad edilib

BMT-nin Azərbaycandakı nümayəndəliyi və İsrailin ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə Holokost həftəsi çərçivəsində növbəti tədbir yanvarın 24-də Binəqədi Rayon Gənclər Evində keçirilib.

ASAN Radio xəbər verir ki, tədbirdə çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov tarixboyu müxtəlif millətlərin nümayəndələrinin soyqırımına məruz qaldığını bildirib. O deyib ki, yəhudi xalqı da İkinci Dünya müharibəsi illərində Holokost faciəsi ilə üzləşib. Bunun bəşəriyyətin faciəsi olduğunu deyən Elvin Aslanov vurğulayıb ki, bu cür faciələr Azərbaycan xalqına qarşı da yad deyil. Azərbaycan xalqı da ermənilərin törətdiyi Xocalı soyqırımına məruz qalıb.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı təmsilçisi Rəşad Hüseynov ölkəmizdə belə tədbirlərin təhsil ocaqlarında keçiriləcəyini və yeniyetmələrə həmin dövrün tarixindən bəhs olunacağını söyləyib. O bildirib ki, BMT-nin Maarifləndirmə Proqramının Hyuston Holokost Muzeyi ilə birgə hazırladığı 14 poster Holokost faciəsini yaşayan uşaqların taleyinə təsirindən bəhs edir. Layihənin əsas məqsədi Holokost zamanı həlak olmuş uşaqların xatirəsini anmaq və gəncləri nifrət hissinə qarşı mübarizəyə səsləməkdir.

İsrailin Azərbaycandakı səfirinin müavini Avital Rozenberq İkinci Dünya müharibəsi zamanı 6 milyon yəhudinin öldürüldüyünü ki, onların da 1,5 milyonunun uşaqların olduğunu deyib. İkinci Dünya müharibəsinin yəhudilər üçün unudulmaz faciə olduğunu deyən diplomat Azərbaycan xalqının bu müharibədə 300 min nəfərdən çox itki verdiyini bildirib.

Avital Rozenberq qeyd edib ki, gənclər və yeniyetmələr üçün nümayiş olunan “Holokostun uşaqları” adlı sənədli filminin qəhrəmanları İkinci Dünya müharibəsi illərində yəhudilərə qarşı aparılan siyasətdən əziyyət çəkmiş uşaqlardır. Diplomat Holokostun bəşəriyyət tarixinin ən böyük faciəsi olduğunu deyib.

Sonda tədbirdə iştirak edən məktəblilərə “Holokostun uşaqları” adlı sənədli film göstərilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!