USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Fikirlər gecəsi: "Təxəyyülün hökmranlığı" – "Memar, sənətkar və vətəndaş: şəhəri düşünmək"

İnstitut Français (Fransız İnstitutu) 25 yanvar tarixində dünyada eyni gündə keçirilən "Fikirlər gecəsi"nin (Nuit des İdées) 2-ci buraxılışını təqdim edir. Bu tədbir intellektualları, tədqiqatçıları, sənətkarları və "Təxəyyülün hökmranlığı" mövzusunda qərarverici məsul şəxsləri bir araya toplayır.

ASAN Radio bildirir ki, Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycan Fransız İnstitutu Sizi, yanvarın 25-i, 19:00-22:00 saatlarında keçiriləcək, "Memar, sənətkar və vətəndaş: şəhəri düşünmək" mövzusu ətrafında müzakirələrdə fəal iştirak etməyə dəvət edirlər. Müzakirələr tədbirin partnyoru YARAT Müasir İncəsənət Məkanında baş tutacaq.

Son onillikdə iqtisadi inkişaf sayəsində Bakının siması tamamilə dəyişilib. Yeni müasir yaşayış məntəqələri və xüsusi üslubda tikilən mədəniyyət ocaqları buna bir nümunədir. "Fikirlər gecəsi – 2018" Bakı əhalisinin artımı və şəhərin genişlənməsi nəticəsində yaranan yeni perspektivlər və layihələr haqqında müzakirələr aparmağı təklif edir. Tədbir boyunca şəhərin bu günü və sabahı, eləcə də cəmiyyətdə əlverişli yaşayış şəraiti yaratmaq bacarığı haqda danışılacaq.

Sənətkarları, memarları, şəhərsalma mütəxəssislərini, tələbələri və bu mövzu ilə maraqlanan bütün insanları, Bakı şəhərinin inkişafı və mədəni irsinin qorunmasında təxəyyülün yeri və rolu haqda debatlara dəvət edirik.

Müzakirələr Azərbaycan və rus dillərində aparılacaq (fransız dilinə sinxron tərcümə ilə).

Moderator: Fransanın Azərbaycandakı səfirliyinin mədəni işlər üzrə müşaviri Yoan Şitterer

Çıxış edənlər: 

Jan-Pyer Buffi – fransız memarı, Buffi Associés Memarlıq və şəhərsalma Agentliyin təsisçisi və direktoru

Andrea Dö Fransi : fransız memarı

Elçin Əliyev – memar, Baku Memarlıq Klubunun rəhbəri, Bakının mərkəzi küçələrinin yenidən qurulması layihələrinin məsul şəxsi

Sabina Şıxlinskaya – İncəsənət xadimi və sərgi kuratoru

Müslim İmranlı – "Pillə" memarlar və şəhərplanlayıcılar təşkilatının nümayəndəsi

 

25 yanvar, 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi 

Giriş sərbəstdir

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!