USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Nargis” jurnalı 5 yaşını Paris moda həftəsində qeyd edib

“Nargis” jurnalı Azərbaycanın Fransadakı səfirliyinin, “Tattigner Champagne”, “BF Travel”, “Gyunel”, “Le Louis XV”, “Maison Samadi” şirkət və markalarının birgə təşkilatçılığı ilə Parisdə təşkil edilən “Haute Couture” moda həftəsi çərçivəsində təntənəli şəkildə 5 yaşını qeyd edib.

Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycan əsilli fransız aktyor Rober Hossein, onun həyat yoldaşı aktrisa Kandis Patu, Sen-Klu şəhərinin meri Erik Berdoati, moda aləminin Jan-Klod Jitrua, Stefan Rollan, Yasin Samoylov, Tilman Grav, Liviya Stoyanova, Marcello Jones, Brigitte Sabi, Kristof Gilerme kimi tanınmış üzvləri, “Dior” muzeyinin direktoru Filipp Lö Moll, “Damiani”, “Bulgari”, “Van Cleef & Arpels”, “Chanel”, “Louis Vuitton”, “Piaget” kimi məşhur markaların nümayəndələri, moda sahəsində məşhur beynəlxalq nəşrlərin baş redaktorları, moda tənqidçiləri, eləcə də biznes və sənət dünyasında tanınmış şəxslər iştirak ediblər.

“Nargis” tədbir çərçivəsində 1934-cü ildən fəaliyyət göstərən "Studio Harcourt Paris" əfsanəvi fotostudiyasını əməkdaşlığa dəvət edib. Fotostudiyanın satış direktoru Paulina Rust-Johnkman ilk dəfə fotolarında loqosunu “Nargis” jurnalının adı ilə birgə yerləşdirməyə razılıq verib. Tədbir iştirakçıları “Nargis” və “Harcourt” loqoları ilə xatirə fotoları çəkdiriblər.

“Nargis”in yaradıcılıq axtarışı və inkişaf tarixinə həsr olunmuş maraqlı fotosərgi, musiqi proqramı, Azərbaycan və xüsusilə də, “Nargis” üçün çalışan “Gladys Perint Palmer” kimi beynəlxalq fotoqrafların və illüstratorların əsərləri, isti və səmimi mühit tədbir iştirakçılarının yaddaşında uzun müddət qalacaq.

Ülviyyə Mahmudovanın eskizləri əsasında kukla hazırlayan gənc usta Günay İbrahimova sərgi çərçivəsində işlərini təqdim edib.

Paris moda həftəsi çərçivəsində Azərbaycanın 5 yaşlı “Nargis” jurnalı dünyanın nəhəng moda evləri ilə eyni sırada dayandı. Jurnalın baş redaktoru Ülviyyə Mahmudova və moda şöbəsinin redaktoru Leyla İmanova moda paytaxtında keçirilən moda nümayişlərində iştirak ediblər.

“Christian Dior” moda evinin nümayişinin ilk sırasında “Nargis”in nümayəndələri Olivia Palermo, Monika Bellucci, Vincent Cassel, Alla Verber, Evelina Khromtchenko, Naomi Campbell, Emanuele Farneti kimi ulduzlar və moda dünyasının tanınmış ekspertləri ilə eyni sırada dayanıb.

“Nargis” jurnalı moda həftəsinə Azərbaycandan ilk dəvət alıb və rəsmi olaraq “Fashion Week” media sisteminə müstəqil nəşr kimi daxil olub. Bu nailiyyət ölkəmizdə moda media sənayesinin inkişafı və Avropada ölkəmizin mədəniyyətinin təbliği üçün böyük əhəmiyyət kəsb edir.

“Nargis” jurnalının əsas məqsədi moda sənayesinin və media qruplarının nümayəndələrini oxucularına, eləcə də Azərbaycanın dizayner, qrafist və fotoqraflarını beynəlxalq səviyyədə tanıtmaqla beynəlxalq media bazarında tanınan brend olmaqdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!