Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Finlandiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan-Finlandiya əlaqələrinin, dostluq və əməkdaşlıq münasibətlərimizin daha da genişlənməsinə və inkişafına nail olacağıq.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Finlandiya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".
Dövlətimizin başçısı Çex Respublikasının Prezidenti Miloş Zemanı da təbrik edib.
Məktubda qeyd olunur: "Çex Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Çexiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafı və möhkəmlənməsi yolunda birgə səylərimizi müvəffəqiyyətlə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm".
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!