USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Beynəlxalq Muğam Mərkəzində “Boogie Woogie” musiqisi axşamı keçirilib

Yanvarın 27- də Beynəlxalq Muğam Mərkəzində məşhur blüz və caz pianoçusu Silvan Zinggin ifasında  Boogie Woogie musiqi  janırında konsert keçirilib.

İsveçrədə "Boogie Woogie səfiri" sayılan Silvan Zingg Afro-amerikalı blüz pianoçuların əsərlərindən ilhamlanaraq pianoda ifa etməyə uşaq yaşlarından başlayıb.

Konsert Beynəlxalq Muğam Mərkəzi və İsveçrə səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Bu günə qədər ifaçı  İsveç, Almaniya, Lixtenşteyn, Avstriya, Fransa, İtaliya, Hollandiya, Belçika, İspaniya, Lüksemburq, Yunanıstan, Monako, Andorra, Vatikan, Bolqarıstan, Polşa, Çexiya, Macarıstan, İsveç, İngiltərə, İrlandiya, ABŞ, Kanada, Hindistan, Ərəb Əmirlikləri, Çin, Rusiya, Meksika kimi xarici ölkələrdə qastrol səfərlərində olmuş və  konsert proqramları ilə çıxış edib.

İfaçı Chuck Berry, Ray Charles, Kathie Webster, Sammy Price, Memphis Slim, Champion Jack Dupree, Tito Jackson və bir çox digər məşhurlarla eyni səhnəni bölüşmüşdür. Tənqidçilər ifaçının  texnikasından təsirlənərək, onu qeyri-adi pianoçu kimi təqdim edirlər. Onun ən böyük hiti olan "Dancing The Boogie" musiqi nömrəsi Youtube-da 8 milyondan çox izləyici toplayıb. Onun bu növ musiqi janrına olan marağı 2002-ci ildə İsveçrədə indi də çox uğurla davam edən Luqano Beynalxalq “Boogie Woogie”  Festivalını təsis etməsinə səbəb olmuşdu.

ASAN Radio xəbər verir ki, konsertdə ilk olaraq İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder tanınmış İsveçrəli pianoçu Boogie Woogie və blüz ifaçısı Silvan Zingg haqqında geniş məlumat verdi. Bildirdi ki, ifaçının Bakıda konsertlə çıxış etmək seçimi təsadüfi olmayıb. Ötən il Bakıda keçirilən ənənəvi Beynəlxalq Caz Festivalında klassik musiqi ilə coşqun cazı bir-biri ilə uyğunlaşdırmağı bacaran isveçrəli musiqi qrupu Mats-up çıxış edib. Bu çıxışdan sonra İsveçrənin Azərbaycandakı səfirliyi “Boogie Woogie” üslubunda ifa edən isveçrəli musiqiçinin konsertini təşkil etmək qərarına gəlib.

Daha sonra Silvan Zingg Azərbaycanda olmağından məmnunluğunu bildirdi: şəhəriniz gözəldir, çox xoşuma gəldi. Sizin musiqiniz, xüsusilə muğam və onun cazla  sintezi qeyri adidir.

İfaçı gecədə caz bluz və “Boogie Woogie” üslubunda musiqilər ifa edib. 

Konsert alqışla qarşılanıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!