USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dövlət Gömrük Komitəsi ilə FAO arasında əlaqələrin gələcək perspektivləri müzakirə olunub 

Yanvarın 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak ilə görüşüb. 

Qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ölkəmizin gömrük xidməti ilə FAO arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərindən məmnunluqla söhbət açıb, bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. 

DGK-nin mətbuat xidmətindən ASAN Radioya xəbər verilib ki, Aydın Əliyev son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların xüsusilə qeyri-neft sektorunun inkişafına təkan verdiyini, bu sahədə əldə olunan nailiyyətlərin nəticəsi olaraq ölkəmizin ixrac potensialının da artdığını diqqətə çatdırıb. Komitə sədri  kənd təsərrüfatının müxtəlif sahələrində yeni texnologiyaların, ən son elmi nailiyyətlərin tətbiqi hesabına məhsuldarlığın ciddi şəkildə artımı ilə yanaşı, qida təhlükəsizliyinə də xüsusi diqqət yetirildiyini vurğulayıb. 

Aydın Əliyev Dövlət Gömrük Komitəsinin gömrük sərhədində baytarlıq, sanitar və fitosanitar nəzarətini də həyata keçirdiyini vurğulayıb və ümidvar olduğunu bildirib ki, gömrük xidməti ilə FAO arasında qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycanda ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə nəzarətin daha da gücləndirilməsi işinə öz töhfəsini verəcək. 

Səmimi qəbula görə təşəkkür edən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak  rəhbəri olduğu qurumla gömrük xidməti arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu məmnunluqla qeyd edib. Mələk Çakmak Azərbaycanda ərzaq təhlükəsizliyi sahəsində böyük irəliləyişə nail olunduğunu, səmərəli idarəçilik sistemlərinin tətbiqi yolu ilə ərzaq və qida təhlükəsizliyinin gücləndirilməsi istiqamətində səylərin uğurla davam etdirildiyini vurğulayıb. Rəhbərlik etdiyi ofis tərəfindən Azərbaycanda həyata keçirilən layihə və proqramlar barədə məlumat verən Mələk Çakmak FAO-nun gələcək planlarından da danışıb. O, Azərbaycanda son dövrlərdə müşahidə olunan iqtisadi inkişafın ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə də müsbət təsir göstərdiyini bildirib. 

Görüşün sonunda FAO-nun “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi” layihəsi çərçivəsində alınmış müfəttiş dəstləri təqdim olunub. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!