USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident yanında Gənclər Fondu BMT-nin mükafatına layiq görülüb

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (AZGF) BMT-nin İnkişaf Proqramı (UNDP) və Bəhreyn Krallığının təşəbbüsü və tərəfdaşlığı ilə təsis edilmiş “Davamlı inkişafa nail olmaq üçün gənclərin gücləndirilməsi” Kral Hamad mükafatına layiq görülüb.

AZGF-dən ASAN Radioya bildiriblər ki, müsabiqənin məqsədi gənclərə motivasiya verən, diqqət göstərən, innovativ fikirləri dəstəkləyən və onları təşviq edən qurumları aşkar etmək, onların fəaliyyətini hərtərəfli araşdıraraq yüksək nailiyyətləri olan qurumları mükafatlandırmaqdır. Eyni zamanda, bu təşəbbüs gənclərə daha yaxşı gələcəyi təmin etmək məqsədi daşıyan, BMT-nin qəbul etdiyi Davamlı İnkişaf Məqsədlərinə nail olmaq məqsədini daşıyır. Müsabiqədə iştirak edən hər bir nominantın Davamlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində əhəmiyyətli nailiyyətlərinin olmasına diqqət yetirilir.

Bu barədə yanvarın 30-31-də BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında təşkilatın İqtisadi və Sosial Şurasının (ECOSOC) Gənclər Forumunda ətraflı məlumat verilib.

Dünyanın bütün ölkələrinə müraciətin ünvanlandığı bu təşəbbüsdə 87 ölkədən dövlət və qeyri-hökumət təşkilatları iştirak ediblər. Azərbaycan Gənclər Fondu dövlət qurumları nominasiyasında qalib elan olunub.

Seçim xüsusi ixtisaslaşmış münsiflər heyəti tərəfindən həyata keçirilib. Münsiflər heyəti UNDP-nin və BMT-nin digər institutlarının, o cümlədən ECOSOC-un, BMT baş katibinin gənclər üzrə xüsusi elçisinin ekspert və əməkdaşlarından ibarət olub. Münsiflər heyətinə, həmçinin dörd ölkənin gənclər siyasətinə məsul nazirləri də daxil edilib.

Azərbaycan Gənclər Fondu Prezident İlham Əliyevin 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin səmərəli icrasını təmin etməkdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!