USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Zaxarova: "Rusiya Qarabağ münaqişəsi zonasında ATƏT müşahidəçilərinin sayının artırılması istiqamətində tədbirlər görür"

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı digər həmsədr ölkələrlə birlikdə qoşunların təmas xəttində gərginliyin azaldılmasının tərəfdarıdır və münaqişə zonasında ATƏT müşahidəçilərinin sayının artırılması istiqamətində tədbirlər görür.

APA-nın Moskva müxbirinin ASAN Radioya verdiyi məlumata görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. 

"Bu mövzu Rusiya prezidentinin Azərbaycan və Ermənistan prezidentləri ilə 2016-cı ilin iyununda Sankt-Peterburqda keçirilən görüşündə, Rusiya XİN başçısı Sergey Lavrovun ötən ilin noyabrında Bakı və Yerevana səfərləri zamanı müzakirə olunub. ATƏT çərçivəsində ATƏT müşahidəçilərinin fəaliyyətini reqlament edən sənədin bir neçə variantı hazırlanıb", - deyə o qeyd edib. 

M. Zaxarova əlavə edib ki, bu il yanvarın 18-də Polşanın Krakov şəhərində iki ölkənin xarici işlər nazirlərinin görüşündə həmsədr ölkələr tərəfindən yenilənmiş təkliflər verilib: "Nazirlər vasitəçilər tərəfindən hazırlanan sənədə prinsipal razılıq veriblər. Bir neçə texniki detal qalıb. ATƏT müşahidəçilərinin sayının artırılması mexanizmi işə düşməzdən əvvəl tərəflər bunu razılaşdırmalıdır.

O ki qaldı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının perspektivlərinə, bir daha qeyd etmək istəyirəm ki, yalnız tərəflər özləri siyasi iradə ortaya qoyaraq bu həlli uzanan münaqişəyə son qoyan güzəştli həll yoluna gələ bilərlər. Ötən ilin oktyabrında Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri danışıqlar prosesinin aktivləşdirilməsi barədə razılaşdılar. Bundan sonra iki dəfə nazirlər görüşüb, bəyanat veriblər. Fevralın birinci ongünlüyündə münaqişə tərəflərinin problemli məsələlərlə bağlı mövqeyini dəqiqləşdirmək üçün həmsədrlər regiona səfər etməyi planlaşdırırlar".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!