USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Lavrov: "Söhbət təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılmasından gedir"

"Burada söhbət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsindən çox, təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılmasından gedir".

APA-nın Moskva müxbirinin ASAN Radioya verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov italiyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Ancelino Alfano ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi zonasında ATƏT müşahidə missiyasının genişləndirilməsi ilə bağlı deyib.

Onun sözlərinə görə, hələ 2010-cu ilin əvvəlində bu zonada etimad tədbirlərinin gücləndirilməsi ilə bağlı danışıqlar aparılıb: "2016-cı ilin aprelində təmas xəttində baş verən məlum insidentdən sonra Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşü təşkil olundu, həmin ilin iyununda Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Bu görüşlərdə inamın möhkəmləndirilməsi ilə bağlı konkret addımlar atılması razılığı əldə olundu. Bu razılığa əsasən, təmas xəttində ATƏT-in müşahidə missiyasına 6-7 nəfər əlavə olunmalı idi. İndiyə kimi bu işlər aparılıb. Ümid edirik ki, bu razılığın həyta keçirilməsini ATƏT operativ şəkildə edəcək".

S. Lavrov qeyd edib ki, təmas xəttində ATƏT müşahidə missiyasının sayının artırılmasının münaqişənin əbədiləşdiriməsinə və münaqişənin siyasi həll yolundan məhrum olunmasına bəhanə olacağı ilə bağlı fikirlər eşidir: "Yəqin ki, bu mövqedən çıxış etmək lazımdır ki, bütün münaqişələrin - fərqi yoxdur, Qarabağda, ya da Donbasda olsun - təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və siyasi nizamlanma prosesi paralel aparılmalıdır. Ümid edirəm ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin əldə etdikləri razılaşma həyata keçiriləcək".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!