USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
AZTA və Hindistanın Turizm Agentlikləri Assosiasiyası arasında əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Turizm Asossiasiyası (AZTA), Mədəniyyət və Turizm Nazirliyininin dəstəyi ilə, ilk dəfə olaraq Dehli şəhərində keçirilən Beynəlxalq Turizm Sərgisi - SATTE 2018 sərgisində iştirak edir. Sərgidə Azərbaycanı, assosiasiyanın üzvləri olan 20 yerli şirkət təmsil edir. 

AZTA-dan ASAN Radioya bildirilib ki, sərgi çərçivəsində Azərbaycan Turizm Asossiasiyası (AZTA) və Hindistanın Turizm Agentlikləri Assosiasiyası (TAAİ) əməkdaşlıq haqqında Memorandum imzalanıb. 

Azərbaycan Turizm Asossiasiyasının sədri Nahid Bagırov imzalama zamanı qeyd edib ki, bu əməkdaşlıq qarşılıqlı turizm axınının artımına, həmçinin ölkələr arasında iqtisadi münasibətlərin inkişafına təkan verəcək. 

“Bizim assosiasiyamız otellər, turizm şirkətləri və aviaşirkətlərdən ibarətdir. Azərbaycanın milli aviaşirkləti olan AZAl-da bizim təşkilatın üzvüdür, bundan başqa təxminən 242 turzim şirkəti və 110 otel aktiv üzvlərimiz var. Buna görə də, əməkdaşlığımızın uğurlu olacağına ümid edirəm”, - Nahid Bağırov  deyib. 

İmzalanma zamanı həmçinin Razeen Hasanın Azərbaycan Turizm Assosiasiyasının Hindistanda nümayəndəsi seçilməsi məsələsi müzakirə olunub və təstiqlənib.  

Görüşün nəticəsi olaraq Assosiasiya rəhbərlərinin növbəti görüşünün may ayında Bakıda keçirilməsi qərara alınıb.   

Hindistanın Turizm Agentlikləri Assosiasiyası (TAAİ) 1951-ci ildə 12 aparıcı turizm şirkəti tərəfindən təsis edilib. Hazırda Assosiasiyaya 2500-dən çox üzv daxildir. Təşkilatın üzvləri sırasına dövlət və qeyri dövlət üzvləri daxildir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!