USD - 1.7 EUR - 1.9369 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
Böyüklər qızılca-məxmərəyə qarşı peyvənd ediləcək Sutka ərzində atəşkəs rejimi 20 dəfə pozulub Nextsale və Whelp startaplarına investisiyalar verilib Dövlət Agentliyinin nümayəndə heyəti Özbəkistan Respublikasına səfər edib İstirahət günlərində gözlənilən hava proqnozu
MSK növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

Sabah Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən ASAN Radioya verilən məlumata görə, sabah saat 16:00-da MSK-nın iclası keçiriləcək.

Qeyd edək ki, bu gün prezident İlham Əliyev növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

Seçki Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər MSK tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio