USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
H.Abdullayeva: İnanıram ki, “ABAD”ın sayəsində dulusçuluq sənətinin inkişafında izim qalacaq

Dulusçuluq Azərbaycanda və eləcə də dünyada ən qədim sənət növlərindən sayılır. “ABAD”çı Humay Abdullayeva həvəsini dekorativ-tətbiqi sənətin məhz bədii keramika növünə salıb. O, artıq 3 ildən çoxdur bu işlə yaşayır və yaradır.

AZƏRTAC xəbər verir ki, Humay Abdullayeva keramika sənətini Rəssamlıq Akademiyasına qəbul olarkən seçib. Rəssamlıq Akademiyasında digər “ABAD”çı Mir Teymur Məmmədovla tanış olduğunu bildirən Humay Abdullayeva qeyd edib ki, bu tanışlıq onun sənətə sevgisini daha da artırıb. O deyib: “Mənim sənətə olan fəlsəfi baxışlarım dəyişdi. Sənətin çərçivəsi yoxdur. Fantaziyanızın uçuşu nə qədər yüksək olarsa, əldə etdiyiniz məhsulun özəlliyi də bir o qədər yüksək olar. Mən artıq hiss etdiklərimi əl işlərimdə reallaşdıra bilirəm”.

Humay Abdullayeva Mir Teymur Məmmədovun nəzarəti altında keramikadan heykəllər, müxtəlif kompozisiyalarda dekorativ əşyalar hazırlayır. Məhsulların üzərində naxışlar əks etdirməyi daha çox sevirəm. Onların simmetriyası daxilimdəki harmoniyaya uyğundur. İstəyirəm ki, keramika sənəti Azərbaycanda çox inkişaf etsin. İnanıram ki, “ABAD”ın bu işdə töhfələri yüksək olacaq və mənim də bu sənətin inkişafında izim qalacaq.

H.Abdullayeva “ABAD”dan əvvəl məhsullarını geniş kütləyə tanıtmağın yolları haqqında çox düşünüb, çıxış yolu axtarmağa çalışdığını deyir: “Sənətim onsuzda çətindir, gözümün bəbəyi quruyanadək çalışıram, üstəlik satışı həyata keçirməyi düşünmək isə əlavə çətinlik yaradır. Sağ olsun “ABAD”, indi bu çətinlikdən azadam. Sənətimdən aldığım mənəvi rahatlığa heç nə mane olmur”.

Qeyd edək ki, Humay Abdullayevanın hazırladığı müxtəlif əl işlərini “ABAD” sərgi-satış mərkəzlərində əldə edə bilərsiniz.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!