USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Könüllülər üçün könüllü psixoloq” layihəsinə start verilib

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, “ASAN Könüllüləri” təşkilatının təşkilati dəstəyi ilə “Gənc Psixoloqlar” ictimai birliyi tərəfindən “Könüllülər üçün könüllü psixoloq” layihəsinə start verilib. Bu barədə ASAN Radioya “ASAN Könüllüləri” Təşkilatının İctimaiyyətlə Əlaqələr Departamentindən bildirilib. 

Layihə çərçivəsində ilkin olaraq iştirakçılarla görüş keçirilib. Görüş zamanı iştirakçılara layihən haqqında geniş məlumat verilib, görüləcək işlər haqqında müzakirələr aparılıb, layihənin hədəf və məqsədləri iştirakçıların diqqətinə çatdırılıb. 

Layihə ərzində iştirakçılar "Gənclərdə özünüifadəyə maneə olan psixoloji amillər" mövzusunda müxtəlif təlimlər təşkil olunacaq və mövzu ətrafında interaktiv müzakirələr aparılacaq. Həmçinin iştirakçılarla fərdi psixoloji konsultasiya saatları təşkil olunacaq. Layihəni uğurla başa vuracaq  iştirakçılar sertifikatlarla təltif olunacaqlar.

Qeyd edək ki, layihənin əsas məqsədi respublika əhəmiyyətli layihələrdə könüllü olaraq iştirak edən gənclər arasında ünsiyyət və özünüifadə çətinliyi yaşayanlara psixoloji yardımın göstərmək, onlarda böyük tədbirlərdə iştirak zamanı psixoloji gərginliyin azaldılması üçün praktiki məşğələlər keçməkdir.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!