USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Aida Mahmudovanın “Umwelt” sərgisi açıldı - AUDİO

11 may tarixində YARAT Müasir İncəsənət Məkanının "YAY" qalereyasında rəssam Aida Mahmudovanın "Umwelt" adlı fərdi sərgisi sənətsevərlərə təqdim olunub.

 

Sərgidə mədəniyyət və ictimaiyyət nümayəndələri, xarici və yerli rəssam və heykəltəraşlar iştirak edib. 

Rəssam öz fərdi sərgisi barədə ASAN Radioya açıqlama verib:

“Umwelt” zoopsixologiyada istifadə olunan psixoloji termindir və bu termin heyvanlarda və insanlarda dünyanın qavranması mənasını verir. Sərgimin kontekstində mən bu termini daha çox öz daxili dünyama və ətraf mühitin şəkillərdə qavranılmasına aid edirəm. Hər birimiz eyni mühitdə, eyni Yer kürəsində yaşayırıq və bir çox insanlar oxşar həyat tərzi sürürlər. Ümumiyyətlə insanların həyatları bənzərdir. İnsanlar bir-birilərinə çox oxşayırlar. Ama bir insanın digərindən tamam fərqlənən individual dünyası var. Və bu dünya o qədər fərqli, o qədər kənardır ki, bizə bəzən elə gəlir ki öz prizmamızdan baxanda biz başqaları haqqında kifayət qədər çox bilirik. Bu sərgi vasitəsiylə deməyə çalışıram ki, bəli bu mənim dünyamdır, mən onu sizin üçün açıram, bu mənim yaşadığım dünyaya baxışımdır."

Aida Mahmudova 2011-ci ildə əsası qoyulan YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. YARAT Azərbaycanda müasir incəsənətin ictimaiyyət tərəfindən dərk olunması və Azərbaycan incəsənətinin ölkə daxilində, eyni zamanda beynəlxalq səviyyədə təbliğ olunması ilə məşğuldur. Sərgi may ayının 13-dən etibarən ziyarətçilərin ixtiyarına veriləcək və avqustun 13-dək davam edəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!