USD - 1.7 EUR - 1.9335 RUB - 0.0255 TRY - 0.3185 DAHA ÇOX
SON DƏQİQƏ
Elektron ticarətə həsr olunmuş tədbir keçirilib Elxan Məmmədov: Futbol üzrə aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri də istefaya göndərilib Bazar günü Bakıya yağış, bəzi rayonlara isə qar yağacaq Quş qripi ilə bağlı aparılan monitorinqlərin nəticələri açıqlanıb Rəşad Sadıqov istefaya göndərildi
Nazirlik xəbərdarlıq etdi: Bayıla daxil olmaq çox qorxuludur

Bayıl yamacında - Teleqülləninin yaxınlığında artıq çoxsaylı, müxtəlif ölçülü iri çatlar əmələ gəlib.

ASAN Radio xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, əvvəl ərazidə eni 1 metr, 1 metr 40 sm, dərinliyi 6-7 metrə çatan çatlar var idi. Amma artıq ərazidə 5, 10, 20 metrlik məsafə ilə çoxsaylı dərin çatlar yaranıb. Çatların görünən dərinliyi 10-12 metrə çatıb:

“Çatlar müəyyən müstəvi boyunca irəliləyiblər. Artıq çatlar elə ölçüdədirlər ki, onun enini ölçmək çox çətin olub. Bu əraziyə hazırda daxil olmaq da çox qorxuludur”.

Ə.Qaralov qeyd edib ki, Bayıl yamacında yaranan yeni çatlar qırılma baş verdiyi dərə istiqamətində müşahidə edilir.

Nazirlik rəsmisi əlavə edib ki, sürüşmə sahəsindəki gərginliyin azaldığını demək olmaz.

Onun sözlərinə görə, ərazidə sürüşmənin fəallaşmasını yalnız yağıntılarla əlaqələndirmək düzgün deyil:

“Bu prosesin səbəbini yağışla əlaqələndirmək olmaz. Yağışın bu prosesə təsiri olsa da, o, yalnız təsiredici amillərdən biridir. Bura sürüşməyə meyli ərazi olduğu üçün yamacı kəsmək olmazdı”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio