Bakıda "Formula 1" zamanı yarışın keçirildiyi şosenin ətrafında yerləşən mənzillərin sakinləri öz eyvanlarını yarışmaya tamaşa etmək istəyənlərə icarəyə verə bilərlər. Bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, bununla bağlı heç bir məhdudiyyət yoxdur və qanunda buna hər hansı qadağa qoyulmur: "Şəxsən mən Monakoda "Formula 1" Avropa Qran-prisini eyvandan izləmişəm".
A.Rəhimov əlavə edib ki, gələcəkdə Bakıda keçiriləcək "Formula 1" Avropa Qran-prisi ilə əlaqədar şəhər sakinləri belə icarə ilə əlavə maliyyə vəsaiti qazana bilərlər.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!