22/09/2018 03:21

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 2.0024 0.0256 0.2727


ASAN xəbər

Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin statusu Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulacaq


13.02.2018   12:30


Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsində hakiminin statusu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulacaq.

ASAN Radionun məlumatına göprə, bu "Konstitusiya Məhkəməsi haqqında" qanuna edilən dəyişiklikdə öz əksini tapıb.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qanuna edilən dəyişikliyə əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulur və bu Qanunda, həmçinin digər normativ hüquqi aktlarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulmuş təminatlar (bu Qanunun 71-ci, 72-ci, 73.5-ci, 73.6-cı və 73.8-ci maddələrində nəzərdə tutulmuş təminatlar istisna olmaqla) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimə də şamil edilir".




Xəbər lenti

21 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook