USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan VI “Dünya Hökumət Sammiti”ndə təmsil olunub

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti VI “Dünya Hökumət Sammiti”ndə iştirak etmək məqsədilə BƏƏ-nin Dubay şəhərinə səfər edib.

“Gələcək hökumətlərin proqnozlaşdırılması” şüarı altında keçirilən sammitin işində  4000-dən çox qonaq iştirak edir. Onların arasında dünyanın 140 ölkəsindən olan hökumət başçıları və nazirlər, görkəmli ictimai-siyasi xadimlər, alimlər və ekspertlər, həmçinin bir sıra aparıcı beynəlxalq təşkilatların nümayəndələri qatılıb. Sammit çərçivəsində 4-cü sənaye inqilabı dövründə hökumətlərin yeni çağırışlara adaptasiyası, süni intellekt, data analiz, robot texnologiyaları və ağıllı şəhər elementlərinin idarəçiliyə effektiv tətbiqi ilə bağlı bir sıra təqdimat, dəyirmi masa və seminarlar keçirilib.  

“Dünya Hökumət Sammiti” Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Dünya İqtisadi Forumu da daxil olmaqla bir sıra mühüm beynəlxalq təşkilatlarla tərəfdaşlıq edir.

Tədbir çərçivəsində Dövlət Agentliyinin sədri İnam Kərimov bir sıra dövlət rəsmiləri və şirkət nümayəndələri ilə görüşlər keçirib.

Misir Ərəb Respublikasının planlaşdırma və inzibati islahatlar naziri Hala El-Sayed, Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviç, Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkader, Portuqaliyanın inzibati modernləşdirmə üzrə naziri Maria Markeş,  Uqanda Respublikasının dövlət xidmətləri naziri Wilson Muruli Mukasa ilə keçirilən görüşlərdə qarşılıqlı əməkdaşlığa dair bir sıra məsələlər müzakirə edilib.

Görüşlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və bu islahatların tərkib hissəsi olan "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri, habelə elektron hökumət quruculuğu məsələləri barədə ətraflı məlumat verilib.  “ASAN Viza”, “ASAN ödəniş”, “ASAN 2.0”, “ABAD” layihələri ilə bağlı fikir mübadiləsi aparılıb və qeyd olunan sahələrdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bununla yanaşı, səfər çərçivəsində “ASAN Viza”nın tanıdılması, “ASAN viza 2.0” layihəsinin və  yeni effektiv həllərin tətbiqi məqsədilə Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin baş direktoru general-mayor Məhəmməd Əhməd Əl Mərri və Etihad, Air Arabia rəsmiləri ilə görüşlər keçirilib, əməkdaşlığa dair ilkin razılıq əldə olunub. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!