Azərbaycan Prezidentinin 21.07.2017-ci il tarixli 1560 nömrəli fərmanı ilə mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşlar sırasına yeni “ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” kateqoriyası əlavə edilib.
Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) ASAN Radioya verilən məlumata görə, ölkə başçısının bu fərmanını icra etmək məqsədilə ötən müddət ərzində agentlik tərəfindən “Güzəştli mənzil” sistemində zəruri dəyişikliklər aparılıb, ən azı 3 il elmi vəzifədə çalışan elmi işçilər tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilib, habelə, aidiyyəti elmi müəssisələrin siyahısının dəqiqləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib.
Nazirlər Kabineti tərəfindən “Elm haqqında” Azərbaycan Respublikasının 14.06.2016-cı il tarixli Qanununda nəzərdə tutulan tələblərə uyğun gələn elmi müəssisə və təşkilatların siyahısı müəyyən edilib. Bu siyahıda göstərilən müəssisə və təşkilatlarda ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana bilər.
Həmin şəxslər tərəfindən təqdim olunmalı sənədlərin və aidiyyəti elmi müəssisələrin siyahıları ilə www.mida.gov.az və www.mida.az internet-saytlarının ana səhifəsində “Tələb olunan sənədlər” bölməsində tanış olmaq mümkündür.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!