USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Aİ ilə danışıqların növbəti mərhələsinin vaxtı açıqlandı

"Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq müqaviləsi layihəsi üzrə danışıqlar konstruktiv məcrada və qarşılıqlı anlaşma əsasında həyata keçirilir. Sənədin hazırlığı prosesində ciddi maneə yoxdur".

ASAN Radio xəbər verir ki bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə müsahibəsində deyib.

“Ticarət məsələlərinə dair bır sıra fikir ayrılıqları mövcuddur. Azərbaycan Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olmadığından tariflər və subsidiyalar məsələsində fikir ayrılıqları mövcuddur. Lakin müzakirələr prosesində biz qarşılıqlı anlaşma əsasında ümumi təmas nöqtələri tapmağa çalışırıq”, - deyə nazir vurğulayıb. 

Məmmədyarov qeyd edib ki, saziş layihəsi üzrə danışıqların növbəti mərhələsi 2018-ci ilin birinci rübünün sonuna və ya ikinci rübünün əvvəlinə planlaşdırılır: “Bütün elementlər olduqca önəmlidir. Biz hesab edirik ki, bu sənəd Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında əlaqələrin hərtərəfli inkişafında əhəmiyyətli çərçivə rolunu oynayacaq. Sənəd siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın perspektivlərini nəzərdə tutur”. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!