21/08/2018 21:23

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9423 0.0253 0.2835


Rəsmi

2018-2025-ci illərdə rəsmi statistikanın inkişafına dair dövlət proqramı təsdiqlənib


14.02.2018   19:24


Azərbaycan prezidenti İlham Əliyev “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

ASAN Radionun məlumatına görə, Dövlət Statistika Komitəsinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan prezidentinə və Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Maliyyə Nazirliyi isə Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsini təmin etmək məqsədi ilə hər il dövlət büdcəsi tərtib edilərkən zəruri vəsaitin nəzərdə tutulmasını təmin etməlidir.




Xəbər lenti

21 Avqust













ASAN Radio telefonunuzda
Facebook