USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Tacikistan Azərbaycanın “ASAN xidmət” brendinə maraq göstərir

Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə bu ölkənin İnvestisiya və Dövlət Əmlakının İdarə Olunması Məsələləri üzrə Dövlət Komitəsinin sədri Farrux Xamralizoda ilə görüşüb.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, danışıqlarda iki ölkə arasında siyasi sahədə səmimi dostluq münasibətlərinin ticari-iqtisadi əlaqələrin dərinləşməsinə kömək edəcəyi vurğulanıb. Sərmayə qoyuluşu sahəsində əməkdaşlığı daha da genişləndirmək məqsədilə Tacikistanın investisiyaya ehtiyac duyan konkret sahələrinə dair layihələrin baxılmaq üçün Azərbaycan tərəfinə təqdim edilməsi məsələləri müzakirə olunub.

Səfir ölkəmizin iqtisadi inkişaf göstəriciləri haqqında məlumat verib və regionun lider dövlətinə çevrildiyini diqqətə çatdırıb.

F.Xamralizoda komitənin fəaliyyəti, əməkdaşlıq məsələləri, Tacikistanda həyata keçirilən yerli və regional layihələr barədə qısa məlumat verib. O, Azərbaycanın dinamik inkişafının, uğurlarının diqqətdə saxlanıldığını qeyd edib. Tacikistanda xarici investisiya üçün əlverişli şərait yaradıldığını, qanunvericilik bazasının - İnvestisiya haqqında və Beynəlxalq müqavilələr haqqında qanunların, vergi və gömrük məcəllələrinin formalaşdırıldığını bildirib.

H.Məmmədzadə “ASAN xidmət” haqqında ətraflı məlumat verib, bu xidmətin son illərdə Azərbaycanın brendi kimi dünyada tanındığını bildirib. Səfir 2018-ci ilin Tacikistanda “Turizm və əl işləri sənəti ili” elan olunmasını nəzərə alaraq “ABAD” layihəsi barədə məlumat verib və bu sahədə Azərbaycan tərəfinin Tacikistana yardım göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Vurğulanıb ki, Tacikistan tərəfi “ASAN xidmət” təcrübəsinə maraq göstərir və gələcəkdə analoji qurumun yaradılması ilə məhz İnvestisiya və Dövlət Əmlakının İdarə Olunması Məsələləri üzrə Dövlət Komitəsinin məşğul olması nəzərdə tutulur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!