USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İlham Əliyev İtaliyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşüb - YENİLƏNİB

Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarotto ilə görüşü olub.

ASAN Radio xəbər verir ki, İvan Skalfarotto İtaliyanın Baş naziri Paolo Centiloninin salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəsinin Cənub Qaz Dəhlizində iştirakından və bu tədbirdə təmsil olunmasından məmnunluğunu bildirib. İvan Skalfarotto ölkələrimiz arasında əməkdaşlığın digər sahələrdə də uğurla inkişaf etdiyini deyib, Azərbaycanın İtaliyaya sərmayə yatırmasını dəstəklədiklərini vurğulayıb. O, Azərbaycan-İtaliya əməkdaşlığının digər sahələrdə də inkişafı üçün səylərin gücləndirilməsinin önəmini ifadə edib.

Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın energetika, ticarət və digər sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, Cənub Qaz Dəhlizi ölkələrimizi birləşdirən önəmli layihədir və gələcək illərdə əməkdaşlığımızın inkişafında vacib rol oynayacaq. Prezident İlham Əliyev qeyd etdi ki, İtaliya qaz sahəsində Azərbaycanın ən böyük ixrac bazarlarından biri olacaq.

Dövlətimizin başçısı Baş nazir Paolo Centiloninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İtaliyanın Baş nazirinə çatdırmağı xahiş edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!