USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ADA Universiteti 10-11-ci sinif şagirdləri arasında III İngilis dili olimpiadası elan edir

ADA Universiteti və British Council Təhsil Nazirliyi, “Oxbridge Academy”, Təhsildə İnnovativ Texnologiyalar üzrə təlim mərkəzi və “ADA” Universitetinin “Fokus” Tələbə Klubu ilə birgə 10-11-ci sinif şagirdləri arasında Akademik Məqsədlər üçün III Ingilis Dili Olimpiadası elan edir.

ADA-dan ASAN Radioya bildirilib ki, Olimpiadanın birinci mərhələsi bu ilin 10 mart tarixində “ADA” Universitetinin tərəfdaş məktəbi olan 132-134 № Təhsil Kompleksində keçirləcək. Bu mərhələdə iştirakçılardan ingilis dilinin qrammatikası və oxu qabiliyyətinə dair British Council tərəfindən tərtib olunmuş 50 yazılı sualı cavablandırmaq gözlənilir. “ADA” Universitetində keçiriləcək ikinci mərhələyə uğurla keçənlər 7 aprel tarixində yazı və dinləmə qabiliyyətindən imtahan verəcəklər. Qaliblər British Council və “ADA” Universitetinin nümayəndələrindən ibarət olan komitə tərəfindən seçiləcək.

Qalib məktəbliləri maraqlı mükafatlar gözləyir: 3-cü yerin sahibi Təhsildə İnnovativ Texnologiyalar üzrə təlim mərkəzi tərəfindən planşet və “ADA” Universitetinin İngilis Dili üzrə Yay Məktəbində təhsil haqqına 50% güzəşt, 2-ci yerin sahibi Təhsildə İnnovativ Texnologiyalar üzrə təlim mərkəzi tərəfindən təmin olunan noutbuk və Yay Məktəbində təhsil haqqına 75% güzəşt, 1-ci yerin sahibi isə British Council və “Oxbridge Academy” tərəfindən təşkil olunan Böyük Britaniyada yerləşən “Lewis School of English” məktəbində iki həftəlik ingilis dili kursunda ödənişsiz iştirak imkanı qazanacaq. “Lewis School of English” nüfuzlu dil məktəblərindən biridir və British Council, English UK, Quality English, Independent Schools Inspectorate (ISI) tərəfindən akkreditə olunub.”

“ADA” Universitetinin Akademik Işlər üzrə prorektoru Vəfa Kazdal bildirib ki, əvvəlki illərdə keçirilən Olimpiada Bakı məktəbliləri arasında ən istedadlı yeniyetmələri üzə çıxarmaqda kömək edib: “Ümid edirəm, bu ilki yarışma da məktəbliləri ingilis dili tədrisinə daha da həvəsləndirəcək. Dünya standartlarına uyğun təhsil almaq və daha sonra uğurlu peşəkar fəaliyyət qurmaq üçün bu gün akademik ingilis dilinə yiyələnmək əsas şərtlərdən biridir. Ölkə gəncləri arasında dili təkmilləşdirmək istiqamətində artan səyləri görmək sevindirici haldır. ADA Universitetinin İngilis Dili Olimpiadası bu mənada öz töhfəsini verəcək.”

Akademik Məqsədlər üçün III Ingilis Dili Olimpiadasında iştirak etmək istəyənlər martın 3-dək www.olympiad.ada.edu.az səhifəsində elektron şəkildə qeydiyyatdan keçə bilərlər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!