USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
P.Şahbazov: Azərbaycan təbii qazı bu il Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılacaq

Azərbaycan təbii qazı bu il Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılacaq.

ASAN Radio xəbər verir ki, bu sözləri fevralın 15-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasının yekunlarına dair mətbuat konfransında energetika naziri Pərviz Şahbazov deyib.

Nazir qeyd edib ki, iclasda "Cənub Qaz Dəhlizi" layihəsi üzrə ötən 1 ildə görülən işlər müzakirə edilib, müxtəlif qərarlar qəbul olunub. Cənub Qaz Dəhlizi Azərbaycanda "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələrindən, Gürcüstan-Türkiyə sərhədindən başlayan və Yunanıstan sərhədinədək uzanan TANAP layihəsi, Türkiyə-Yunanıstan sərhədindən başlayaraq İtaliyanın cənubuna qədər davam edən TAP layihələrindən ibarətdir: "Bu ilin ortalarında Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək, 2020-ci ildə isə Avropaya çatdırılacaq.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç bildirib ki, bu il "Cənub Qaz Dəhlizi" layihəsi icrası baxımından əlamətdar hadisələrlə yadda qalacaq: "Cənub Qaz Dəhlizi strateji əhəmiyyətə malik layihədir. Bu layihə ilə Azərbaycan qazı cari ildə Türkiyəyə, iki il sonra isə Avropa göndəriləcək. Avropanın maliyyə qurumları da bu layihəyə öz dəstəyini göstərir. Avropanın müvafiq bankları artıq həm TANAP, həm də TAP-a maliyyə vəsaiti ayırıb".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!