21/06/2018 04:26

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9671 0.0267 0.3577


Mədəniyyət

“YARAT” növbəti film festivalına ev sahibliyi edəcək


19.02.2018   16:43


Fevralın 28-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Future Shorts” adlı qisametrajlı film festivalı keçiriləcək.

ASAN Radio xəbər verir ki, yeni qış mövsümü toplusunun nümayişi olan festival yaradıcı qruplar və fərdlər üçün meydan olan “YARAT Freestyle” proqramı çərçivəsində reallaşacaq. Festival çərçivəsində altı ekran əsərinin nümayişi nəzərdə tutulur. İştirakçılar filmləri rus dilində subtitrlərlə izləyəcəklər.

Mövcud olduğu 12 il ərzində festival Yaponiyadan tutmuş Braziliyaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanıb. Festival bütün dünya boyu peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır.
















ASAN Radio telefonunuzda
Facebook