USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Vilnüsdə Xocalı soyqırımına həsr olunmuş qanvermə aksiyası keçirilib

“Xocalıya ədalət!” beynəlxalq kampaniya çərçivəsində Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi və təşkilatçılığı bu ölkənin bir çox şəhərlərində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilir.

ASAN Radio xəbər verir ki, tədbirlər çərçivəsində Litvanın paytaxtı Vilnüs şəhərində Xocalı qurbanlarının xatirəsinə həsr olunan “qan ver - həyat ver” devizi altında qanvermə aksiyası təşkil olunub. Litva Qan Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə diplomatlarla yanaşı, bu ölkədəki soydaşlarımız, tələbələr, Litva vətəndaşları iştirak ediblər.

Azərbaycanın Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev səfirlik tərəfindən təşkil olunan qanvermə aksiyasının artıq ənənə halına çevrildiyini, bu tədbirin hər il olduğu kimi, bu il də Xocalı qurbanlarının xatirəsinə həsr edildiyini bildirib. Azərbaycanlı diplomat qeyd edib ki, Xocalı vəhşiliklərini törədən ermənilər qan töküb, həyat alırdılarsa, biz azərbaycanlılar qan verib həyat bəxş edirik.

Litva azərbaycanlıları cəmiyyətinin sədri Mahir Həmzəyev Xocalı soyqırımının hər bir azərbaycanlının qəlbində dərin yara buraxdığını bildirib.

Litva Qan Mərkəzinin donor şöbəsinin müdiri Pailius Norkus qan verərək həyat bəxş etməklə bu nəcib və böyük anlam daşıyan aksiyada fəal iştiraka görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Vilnüsdən başqa, Litvanın Klaypeda, Kaunas və digər şəhərlərində də Xocalı soyqırımına həsr edilmiş anım mərasimləri, fotosərgilər, fleşmob keçiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!