USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Binəqədidə bir neçə küçədə aparılan təmir işləri yekunlaşıb

Binəqədi rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir neçə küçədə aparılan kompleks yenidənqruma işləri yekunlaşdırılıb.

Agentlikdən verilən məlumata görə, bir-biri ilə kəsişən Məsud Davudoğlu, Şota Rustavelli, Svetlana Məmmədova və İsmayıl Dağıstanlı küçələrində təmir işləri başa çatıb.

"Artıq vətəndaşlarımız yenidənqurmadan sonra genişləndirilmiş və müasir yol elementləri ilə təchiz edilmiş küçələrdən rahat şəkildə istifadə edirlər. Sözügedən küçələrin yenidən qurulması zamanı vacib olan məqam ondan ibarətdir ki, küçələrdə təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, mövcud kommunikasiya xətləri ( su, kanalizasiya, qaz, rabitə, elektrik ) bərpa olunub və ya yeniləri çəkilib, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb. Təbii ki, aidiyəti qurumlarla birgə aparılan işlər gələcəkdə yolun asfalt-beton örtüyünün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq. Həmçinin aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb", - deyə məlumatda vurğulanıb.

Yenidən qurulan Məsud Davudoğlu küçəsinin uzunluğu 945 metrdir. Burda aparılan yenidənqurma işləri zamanı küçənin eni 7-8 metrdən ortalama 12 metrə çatdırılıb. Bu isə öz növbəsində küçə boyu hərəkətin daha rahat təşkil olunması deməkdir. Bundan başqa zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb.

Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkiləri tikilib, mövcud olanlar isə bərpa olunub. Yol boyu piyada səkilərinin kənarlarına 1500 p/metr uzunluğunda yeni səki daşları düzülüb. Sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 2 yerdə “cib”li dayanacaq hissələr yaradılıb, 15 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üçün isə 96 ədəd yeni baxış qapaqları qoyulub. Küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənib.

Analoji işlər 590 metr uzunluğa malik Şota Rustaveli küçəsində də aparılıb. Burda küçənin eni 8.5 metr təşkil edir. Mövcud yağış-kanalizasiya sistemi bərpa olunduqdan sonra zəruri olan yerlərdə səth sularının kənarlaşdırılması üçün 3 ədəd yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 25 ədəd yeni baxış qapaqları qoyulub.

Əsaslı şəkildə təmir olunan daha iki küçə İsmayıl Dağıstanlı küçəsinin 220 metrlik və Svetlana Məmmədova küçəsinin 190 metrlik hissələridir.

İsmayıl Dağıstanlı küçəsinin sözügedən hissəsinin eni 5 m-dən 7,5-m-ə qədər genişləndirilib. Svetlana Məmmədova küçəsinin təmir işləri aparılan hissəsinin eni isə 6 metr təşkil edir.

Küçələr boyu yeni səki daşları düzülüb, yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, yeni yağış barmaqlıqları və baxış qapaqları qoyulub, asfalt-beton örtük tam olaraq yenilənib.

Yenidən qurulan hər 4 küçəyə 2 qat olmaqla yeni-asfalt beton örtük döşənib. Küçələr boyu asfaltlanmış sahə 20 min kv.m-ə yaxındır.

Qeyd edək ki, bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında tərtib olunmuş qrafikə uyğun, tikinti norma və standartlar əsasında yüksək keyfiyyətlə aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!