USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevə “Dostluq” ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevi qəbul edib.

ASAN Radio xəbər verir ki, dövlətimizin başçısı Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevin keçən il qeyd olunan yubileyi münasibətilə təbriklərini çatdırdı və onun Azərbaycan Respublikasının yüksək ordeni olan “Dostluq” ordeni ilə təltif edildiyini vurğuladı. Prezident İlham Əliyev Məmmədəli Ağayevin 25 ildən artıqdır ki, Moskva Akademik Satira Teatrının direktoru vəzifəsində işlədiyini qeyd edərək onun Rusiyada teatr sənətinin inkişafına böyük töhfə verdiyini dedi. Moskva Akademik Satira Teatrının Rusiyanın aparıcı teatrlarından biri olduğunu qeyd edən dövlətimizin başçısı xalqımızın nümayəndəsinin uzun illər belə yüksək vəzifədə fəaliyyət göstərərək böyük hörmət qazandığını vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, Məmmədəli Ağayev bu günə qədər həmişə Azərbaycanla yaxından əlaqə saxlayıb və vətənindən ayrılmayıb. Məmmədəli Ağayevin Rusiya-Azərbaycan əlaqələrinin inkişafında rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirdi ki, ikitərəfli münasibətlərimizin inkişafında mədəniyyət əlaqələri xüsusi rol oynayır. Ölkələrimizin humanitar sahədə çox uğurlu əməkdaşlıq etdiyini deyən dövlətimizin başçısı qeyd etdi ki, Məmmədəli Ağayev bütün bu işlərə fəal töhfə verir. Prezident İlham Əliyev keçən il imzaladığı Sərəncamla Məmmədəli Ağayevin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edildiyini bir daha bildirdi və ordeni ona təqdim etdi.

Bir çox dövlət mükafatlarına layiq görüldüyünü qeyd edən Məmmədəli Ağayev Azərbaycan Respublikasının “Dostluq” ordeninin onun üçün xüsusi dəyər daşıdığını bildirdi. 38 ildir ki, Moskvada yaşadığını vurğulayan Məmmədəli Ağayev bildirdi ki, bütün ömrünü teatr sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmlənməsi işinə həsr edib və bundan sonra da Rusiya-Azərbaycan mədəni əlaqələrinin yüksək səviyyədə olması üçün səylərini əsirgəməyəcək. Məmmədəli Ağayev dövlətimizin başçısına qarşıdan gələn prezident seçkilərində uğurlar arzuladı.

Sonda xatirə şəkli çəkdirildi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!